EN

Ürəyi məhv edən beş qida kateqoriyası

«SM-Klinika» tibb mərkəzləri şəbəkəsinin həkim-kardioloqu İrina Tarasova ürək və damar sağlamlığına ən çox zərər vuran beş məhsul kateqoriyasını açıqlayıb.

Publika.az xəbər verir ki, həkim bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.

Tarasovanın sözlərinə görə, ürək-damar sistemi üçün ən zərərli məhsullardan biri alkoqoldur. O vurğulayıb ki, hətta zahirən az görünən dozalarda belə, mütəmadi qəbul edildikdə alkoqol arterial təzyiqin yüksəlməsinə, aritmiyaya və kardiomiopatiyaya səbəb ola bilər.

Kardioloqun sözlərinə əsasən, emal olunmuş ət məhsulları da ürək üçün zərərlidir.

“Sosislər, kolbasalar, bekon çoxlu duz, doymuş yağlar və konservantlar ehtiva edir. Bu cür ət məmulatlarını sevən insanlarda işemik ürək xəstəliyinin inkişaf riski daha yüksəkdir”, - deyə o bildirib.

Chosen
74
publika.az

1Sources