EN

Ermənistan XİN: Türkiyə ilə münasibətlərdə hiss olunacaq irəliləyişin vaxtıdır

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

"Ermənistan-Türkiyə münasibətlərində böyük, konkret və hiss olunacaq irəliləyiş əldə etməyin vaxtıdır". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada bildirib.

Nazir qeyd edib: "Türkiyə ilə çox intensiv və çox müsbət dialoqumuz var, eyni zamanda, böyük, hiss olunacaq və konkret irəliləyiş əldə etməyin vaxtıdır. Düşünürəm ki, çox yaxın gələcəkdə çox müsbət irəliləyiş əldə edəcəyik. Məsələn, ilin sonuna qədər çox simvolik bir addım görə bilərik".

Əli Hüseynov 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
4
bakivaxti.az

4Sources