Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İran Rusiyanın buraxılış meydançasından istifadə etməklə eyni vaxtda üç yeni Yer müşahidə peykini orbitə çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.
"İranın üç peyki - "Tolou-3", "Zəfər-2" və "Kosar-1.5" Rusiyanın "Soyuz-2.1b" daşıyıcı raketi ilə "Vostoçnı" kosmodromunda inteqrasiya olunub. Kosmosa hazırlıq çərçivəsində göyərtəsində İran peykləri olan “Soyuz” raketi texniki kompleksdən buraxılış meydançasına çatdırılıb. Raket həmçinin beynəlxalq müştərilərə məxsus onlarla digər peykləri çatdırır. İlk dəfədir ki, İran kosmosa çox sayda peyk buraxır.
Qurğular arasında ölkənin ən ağır peyki olan "Tolou-3" də var. Onun çəkisi 150 kiloqramdır və hazırda İranda ən qabaqcıl müşahidə peykidir. "Tolou" 80%-i İranda istehsal olunur və peyk klaster texnologiyalarının inkişafında irəliyə doğru böyük addımdır. İran həmçinin gələn il “Şəhid Süleymani” adlı ilk telekommunikasiya peyk klasterini orbitə buraxmağı planlaşdırır",- məlumatda deyilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.