EN

Zelenski Trampın Mar a Laqo iqamətgahına gəlib “Ya müharibə bitəcək, ya da...”

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün onun Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahına gəlib.

"AzPolitika"nın məlumatına görə, Zelenski ABŞ lideri tərəfindən qarşılanıb. Görüş çərçivəsində tərəflər brifinq keçiriblər.

Donald Tramp danışıqların həlledici mərhələyə daxil olduğunu bildirib. Onun sözlərinə görə, proses ya tezliklə başa çatacaq, ya da uzun müddət uzana bilər.

“Danışıqların son mərhələsindəyik. Bu ya bitəcək, ya da uzun müddət davam edəcək. Amma heç kim milyonlarla insanın ölməsini istəmir”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti həmçinin Ukrayna ilə bağlı razılaşma üçün konkret son tarix olmadığını, lakin əldə ediləcək sənədin “güclü bir razılaşma” olacağını qeyd edib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
azpolitika.info

1Sources