EN

Gizli “Ölüm dəstəsi”: Sillmido faciəsi necə baş verdi?

1968-ci ildə Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın Seuldakı prezident iqamətgahı “Mavi Ev”ə uğursuz basqın cəhdindən sonra son dərəcə məxfi bir plan hazırladı.

NOCOMMENT.az musavat.com -a istinadən xəbər verir ki,  bu plan çərçivəsində sonradan “684-cü dəstə” kimi tanınan xüsusi qrup yaradıldı. Onların qarşısına Şimali Koreya lideri Kim İr Senin fiziki məhvi məqsədi qoyulmuşdu.

Kimlər seçilmişdi?

Dəstəyə 31 nəfər seçildi. Üzvlərin əksəriyyəti küçə banditləri və həbsxana məhbusları idi. Missiyanın mahiyyəti faktiki olaraq intihar əməliyyatı sayılırdı.

Dəstə illərlə Sillmido adlı təcrid olunmuş adada saxlanıldı və orada amansız, qeyri-insani təlimlərə məruz qaldı. Lakin əməliyyat regionda gərginliyin müvəqqəti azalması səbəbilə dayandırıldı.

Üsyan və faciə

1971-ci ildə dəstə üzvləri üsyan qaldırdı. Təlimatçı zabitlərin əksəriyyəti çəkiclərlə və odlu silahla öldürüldü. Üsyançılar avtobusu ələ keçirərək Seula doğru hərəkət etdilər, lakin yolda ordu tərəfindən mühasirəyə alındılar. 20 nəfər özünü qumbara ilə partlatdı, sağ qalan 4 nəfər isə qapalı hərbi məhkəmə qarşısına çıxarıldı və qısa müddət sonra edam edildi.

Bu hadisə uzun illər tam məxfi saxlanıldı və yalnız sonradan Cənubi Koreya tarixinin ən qaranlıq səhifələrindən biri kimi üzə çıxdı.

 

Chosen
67
nocomment.az

1Sources