EN

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU


Suriya hüquq-mühafizə orqanları Laziqiyyə şəhərindəki əl-Əzhər meydanının ərazisini mühasirəyə alıb və orada baş verən iğtişaşlarda iştirak edən fəalları saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Al Hadath” telekanalı yayıb.

Məlumata görə, hakimiyyət orqanları indiyə qədər 100-dən çox insanı saxlayıb.

Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba bildirib ki, keçid hökuməti vətəndaşların dinc etiraz hüququna zəmanət verir. Lakin onları zorakılıq və iğtişaş çağırışlarından çəkinməyə çağırır.

Bizim.Media

Chosen
65
4
bizim.media

5Sources