EN

Portuqaliya Liqası: “Benfika” Braqada məğlubiyyətdən xilas oldu - VİDEO

Portuqaliya Liqasinda 16-cı turu çərçivəsində keçirilən “Braqa” - “Benfika” qarşılaşması heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, hesabı 29-cu dəqiqədə Nikolas Otamendi açaraq qonaqları önə çıxarıb. 38-ci dəqiqədə Rodriqo Salasar penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 45+1-ci dəqiqədə Pau Viktor “Braqa”nı önə keçirib. Lakin 53-cü dəqiqədə Fredrik Örsnes “Benfika” üçün bərabərlik qolunu vurub.

Matçın sonlarında, 90+4-cü dəqiqədə “Braqa”nın hücumçusu Rikardu Orta ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra “Braqa” 26 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. “Benfika” isə 36 xalla üçüncü yerdədir.

İdman.Biz
Chosen
69
1
idman.biz

2Sources