EN

Qəzzada atəşkəsə riayət olunmur 80 gündə 418 ölü, 1141 yaralı

ain.az bildirir, 525.az portalına istinadən.

Qəzza hökuməti İsrailin oktyabrın 10-dan bu yana qüvvədə olan atəşkəs razılaşmasını təxminən 80 gün ərzində 969 dəfə pozduğunu açıqlayıb.

525.az xəbər verir ki, nəticədə 418 fələstinli həlak olub, 1141 nəfər yaralanıb, 45 nəfər isə İsrail qüvvələri tərəfindən saxlanılıb.

Açıqlamada İsrailin humanitar öhdəliklərini yerinə yetirmədiyi vurğulanaraq, atəşkəs dövründə Qəzzaya daxil olması lazım olan 48 min yardım maşınının cəmi 19 min 764-nə icazə verildiyi, bunun da gündə orta hesabla 600 deyil, 253 yük maşını olduğu vurğulanıb.

Həmçinin qeyd olunub ki, bombardmanlar nəticəsində zərər görən 49 ev və bina dağılıb, bu tikililərə sığınan 20 fələstinli dağıntılar altında ölüb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
525.az

1Sources