EN

Asensio “Fənərbaxça”nı yanvarda “Sevilya”ya dəyişəcək?

“Fənərbaxça”nın yarımmüdafiəçisi Marko Asensio yenidən İspaniyaLa Liqada çıxış edə bilər.

Sportinfo.az xəbər verir ki, “Sevilya” məşhur futbolçunun transferi ilə maraqlanır.

“AS” nəşrinin məlumatına görə, “Sevilya” 29 yaşlı ispan oyunçu üçün yanvar transfer pəncərəsində “Fənərbaxça”ya rəsmi təklif göndərməyi planlaşdırır.

Hücumçunun özünün də ölkəsinə qayıtmaqda maraqlı olduğu iddia edilir.

Asensio mövsümün əvvəlində Paris Sen-Jermendən türk klubuna 7,5 milyon avroya transfer olunub.

O, cari mövsümdə “Fənərbaxça”nın heyətində keçirdiyi 19 rəsmi qarşılaşmada 9 qola imza atıb və 5 asistlə yadda qalıb.

Chosen
58
sportinfo.az

1Sources