EN

Belqradda tikinti meydançasından 500 kiloqramlıq bomba tapılıb

Bakı, 29 dekabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda İkinci dünya müharibəsi dövrünə aid 500 kiloqramlıq aviabomba aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bomba şəhərin mərkəzindəki tikinti meydançasında qazıntı zamanı üzə çıxıb.

ABŞ istehsalı olan bombanın 1944-cü ildə Belqradın alman faşistlərindən təmizlənməsi zamanı atıldığı məlum olub. Partlamamış sursatın ərazidən götürülməsi üçün ətrafdakı sakinlər təxliyə olunub. Bomba xüsusi konvoyla Belqraddan 180 kilometr kənara aparılıb. Onun həftə sonu zərərsizləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Serbiyada vaxtaşırı olaraq İkinci dünya müharibəsi və 1999-cu ildə Belqradın bombalanması zamanı istifadə edilmiş sursatlar tapılır.

Chosen
70
3
azertag.az

4Sources