Pulsuzluq stresi ürəyi xəstəlikdən daha tez öldürür.
İnterpress.az xəbər verir ki, bu barədə alimlər araşdırma aparıb. Məlumata görə, alimlər süni intellekt vasitəsilə 300 min kardioqrammanı təhlil edərək maraqlı nəticəyə gəliblər. Məlum olub ki, pulsuzluq stresi ürəyi bir çox xəstəlikdən daha sürətli öldürür.
Tədqiqatlar göstərir ki, yoxsulluq ölüm riskini 60 faiz artırır. Müqayisə üçün bildirilir ki, hətta infarkt keçirdikdən sonra bu risk cəmi 10 faiz artır.
Bunun əsas səbəbi xroniki gərginlikdir. İnsanın fikri daim “haradan pul tapım” sualı ilə məşğul olduqda, orqanizmdə stres hormonu (kortizol) səviyyəsi azalmır. Bu da iltihablanmaya səbəb olur və ürəyi şəkərli diabet, yüksək xolesterin və ya qeyri-sağlam qidalanmadan daha tez sıradan çıxarır.
Xuraman Etibarlı
İnterpress.az