Bakı. Trend:
Tailand məhkəməsi maliyyə fırıldaqçılığına görə ölkə tarixindəən ağır cəzalardan birini verərək tanınmış iş adamı Prasid Cevkoku12 əsrdən çox müddətə həbsə məhkum edib.
Trend xəbər verirki, Banqkok məhkəməsi Cevkoku irimiqyaslı saxta kredit-investisiyasxemləri təşkil etməkdə təqsirli bilib və onu 1 210 il həbscəzasına layiq görüb.
Lakin Tailand qanunvericiliyinə əsasən, həqiqi həbs müddətimaksimum 20 il olacaq.
Qeyd olunur ki, bu, Cevkok barədə çıxarılan ilk məhkumluq qərarıdeyil. 2023-cü ilin iyul ayında məhkəmə onu başqa bir fırıldaqçılıqişi üzrə 1 155 il həbs cəzasına məhkum etmişdi.