EN

Zelenski: Rusiya və Ukrayna arasında sülh üçün 90 faiz şərtlər razılaşdırılıb

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi görüşü yüksək qiymətləndirərək danışıqlar zamanı əhəmiyyətli irəliləyişin əldə olunduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında Tramp Avropa liderləri ilə aparılan paralel müzakirələrin də müsbət nəticə verdiyini və tərəflərin sülh sazişinə ciddi şəkildə yaxınlaşdığını vurğulayıb.

Zelenski isə bildirib ki, Ukraynanın təhlükəsizliyinə dair əsas məsələlərin böyük hissəsi artıq razılaşdırılıb. Onun sözlərinə görə, 20 maddədən ibarət yol xəritəsinin təxminən 90 faizi razılaşdırılıb, ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri tam təmin olunub, hərbi komponent üzrə razılıq 100 faizdir, iqtisadi bərpa planı isə son mərhələdədir.

Zelenski yanvar ayında Vaşinqtonda ABŞ, Ukrayna və Avropa ölkələrinin iştirakı ilə üçtərəfli görüşün keçirilə biləcəyini də istisna etməyib.

Danışıqlardan sonra çıxış edən Tramp diqqətçəkən başqa bir açıqlama da verib. O, Rusiya tərəfinin Ukraynanın müharibədən sonrakı bərpasında iştirak etməyə hazır olduğunu bildirib. Trampın sözlərinə görə, Rusiya Ukraynanın inkişafında maraqlıdır və bu prosesə töhfə vermək niyyətini gizlətmir.

ABŞ Prezidenti həmçinin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Zaporojye Atom Elektrik Stansiyası məsələsinin müzakirə edildiyini qeyd edib. Tramp vurğulayıb ki, Moskva AES-in Ukrayna üçün də istifadəyə açıq olmasını istəyir. Onun sözlərinə əsasən, Putin gələcəkdə Zelenski ilə birbaşa görüşün baş tutmasına da müsbət yanaşır.

Tramp əlavə edib ki, hazırda razılaşmanın yalnız kiçik texniki detallarının qaldığını və hər şey plan üzrə gedərsə, bu məsələlərin bir neçə həftə ərzində həll oluna biləcəyini gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
1
baku.ws

2Sources