ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransı keçirib.
Â
Bu barədə məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb.
Â
Tramp öz növbəsində Rusiyanın Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirib.
Â
"Rusiya Ukraynanın çiçəklənməsini istəyir. O, Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır", - Tramp deyib.
Â
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Zaparojye Atom Elektrik Stansiyası (AES) məsələsinə toxunub. Tramp qeyd edib ki, Rusiya AES-in Ukrayna üçün də əlçatan olmasını görmək istəyir.
Â
"Putin mənə dedi ki, Zelenski ilə birgə görüşün baş tutmasını istərdi. Yeri gələndə belə bir görüş olacaq", - Tramp əlavə edib.
Â
O, həmçinin bildirib ki, hər şey yaxşı olarsa, razılaşmanın qalan kiçik hissəsinin həlli bir neçə həftə çəkəcək.
Â
APA