ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: "Prezident Baş nazir Netanyahu ilə ikitərəfli görüşdə iştirak edəcək".
Qeyd olunub ki, tədbir Palm Biçdə keçiriləcək və onun başlaması saat 13:00-da (Bakı vaxtı ilə 22:00) planlaşdırılıb.
Dekabrın 7-də Netanyahu Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı sülh planının birinci mərhələsinin artıq praktik olaraq həyata keçirildiyini açıqlayıb. Yəhudi hökuməti başçısının sözlərinə görə, sonuncu girovun geri qaytarılmasından sonra HƏMAS-ın tərksilah edilməsini və anklavın silahsızlaşdırılmasını əhatə edəcək ikinci mərhələ başlayacaq.