EN

Maqnus Karlsen 6-cı dəfə dünya çempionu oldu

Norveçli qrossmeyster Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən Dünya Rapid Çempionatının qalibi olub.

Msport.az xəbər verir ki, norveçli 10,5 xal toplayaraq 6-cı dəfə turnirin qalibi olub.

O, daha əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə titul qazanıb. Vladislav Artemyev (neytral olaraq oynayır) hindistanlı Arjun Erigaysi qabaqlayaraq ikinci yerə sahib çıxıb.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 9 xal toplayıb və 6-13-cü yerləri bölüşüb.

Chosen
46
11
msport.az

10Sources