EN

Tramp ilə Zelenski arasında danışıqlar başa çatıb

ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqları başa çatıb.

 

Bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat yayıb.

 

Qeyd olunub ki, Zelenski hazırda Avropa liderləri, o cümlədən İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə danışıqlar aparır.

 

Tərəflərin danışıqları yekunlaşdırmaq və növbəti addımları müəyyən etmək üçün birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

 

**23:46(28.12.2025)

 

ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Ukrayna lideri Volodimir Zelenskini qəbul edib.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Ağ Ev rəhbəri jurnalistlərlə qısa söhbətində bildirib ki, Rusiya-Ukrayna müharibəsi "çox tez" bitə bilər.

 

O qeyd edib ki, Avropa ölkələri müharibə başa çatdıqdan sonra Ukraynada sülhün qorunmasında əhəmiyyətli dərəcədə iştirak edəcəklər.

 

Eyni zamanda ABŞ Prezidenti hesab edib ki, hər iki tərəf sülh istəyir və razılaşmalar son mərhələdədir: "Biz danışıqların son mərhələsindəyik. Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək", - Tramp bildirib.

Chosen
35
50
senzor.az

10Sources