EN

Tramp və Zelenski Avropa liderləri ilə əlaqə saxlayıblar

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Mar-a-Laqo iqamətgahında keçirdikləri görüşü başa çatdırdıqdan sonra Avropa liderləri ilə videokonfrans formatında əlaqə saxlayıblar.

Editor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, Ukrayna Prezidentinin mətbuat katibi Serhiy Nikiforov dövlət başçılarının yaxın vaxtlarda mediaya açıqlama verəcəyini bildirib.

RBC-Ukrayna-nın mənbəsi görüşün nəticəsini belə dəyərləndirib: “Zelenski və Tramp arasında keçirilən görüş olduqca məzmunlu idi. Hələ görüləsi bəzi işlər var, lakin bu görüş bütün zamanların ən mühüm danışıqlarından biri hesab oluna bilər.”

Qeyd edək ki, siyasətçilər 18 dekabr tarixində Florida ştatında bir araya gəliblər. Təxminən iki saat davam edən görüş müddət baxımından rekord sayılır. Daha əvvəl Ukrayna lideri münaqişənin həllinə yönəlmiş sülh planının bəndlərinin təxminən 10 faizi üzrə razılığa gəlmək üçün bu cür danışıqların vacibliyini vurğulamışdı. Həmin məsələlər arasında ərazi problemləri və Zaporojye Atom Elektrik Stansiyasına nəzarət də yer alırdı.

//Gülnarə Abasova, Editor.az

Chosen
48
editor.az

1Sources