
Fransa Prezidenti Emmanuel Makron Avropa liderləri və ABŞ Prezidenti Donald Trampla müzakirələrdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Missiya.Az xəbər verir ki, Makron bu barədə “X” sosial şəbəkəsində bildirib.
O qeyd edib ki, əsas məqsəd Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə irəliləyiş əldə etməkdir. O, yanvarın əvvəlində Parisdə “könüllü ölkələrin koalisiyası” nümayəndələrinin görüşünün keçiriləcəyini də açıqlayıb.
Qeyd edək ki, dekabrın 28-də Zelenski və Tramp Florida ştatında iki saatdan çox davam edən danışıqlar aparıblar. Görüşdə Ukraynanın 20 maddəlik sülh planı müzakirə olunub. ABŞ prezidenti Avropa ölkələrinin Ukraynanın təhlükəsizlik zəmanətlərinin əsas hissəsini öz üzərinə götürəcəyini bildirib.
Seyranə Quliyeva
Missiya.Az