ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Meksikanın cənubundakı Oaxaka ştatında 250 nəfərin olduğu qatar relsdən çıxıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində azı 13 nəfər ölüb, 100-ə yaxın şəxs isə xəsarət alıb.
Məlumata görə, qatardakıların 241 nəfəri sərnişinlərdir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.