EN

Əzələ yığanları SONSUZLUQ GÖZLƏYİR – Alimlərdən XƏBƏRDARLIQ

Alimlər bodibilderlərin sonsuzluqla üzləşəcəyi barədə xəbərdarlıq ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, alimlər bodibildinqlə məşğul olan şəxsləri (“kaçok”ları) ciddi təhlükə barədə xəbərdarlıq ediblər.

Bildirilir ki, əzələ kütləsini artırmaq üçün istifadə olunan hormonal preparatlar, xüsusilə də idmançılar arasında populyar olan testosteron bir çox ciddi yan təsirlərə malikdir. Bu fəsadlar arasında dəri problemləri, dazlaşma (saç tökülməsi), insult və infarkt riskinin artması yer alır.

Ən ciddi problemlərdən biri isə döllənmə qabiliyyətinin kəskin şəkildə aşağı düşməsidir ki, bu da tam sonsuzluğa gətirib çıxara bilər.

Bundan əlavə, tibbi nəzarət olmadan həyata keçirilən savadsız “kurs”lar daxili orqanların zədələnməsinə və hətta ölümə səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
42
interpress.az

1Sources