EN

Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib

Bakı, 29 dekabr, AZƏRTAC

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda ikinci turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, F qrupunda Qabon Mozambikə 2:3 hesabı ilə uduzub. E qrupunda Sudan Ekvator Qvineyasına 1:0 hesabı ilə qalib gəlib. Qrupun digər matçında Əlcəzair Burkina Fasonu eyni hesabla üstələyib. F qrupunda Fildişi Sahili Kamerunla qollu heç-heçə edib - 1:1.

 

Chosen
78
36
azertag.az

10Sources