EN

Bu gün Floridada kritik görüş var: İrana hücum əmri veriləcək?

İsrail Baş naziri Benyamin Netanyahunun bu gün Floridada ABŞ prezidenti Donald Trampla görüşü iki liderin, xüsusən də Qəzza məsələsindəki ziddiyyətli baxışlarının kritik bir sınağı olacaq.

Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

İddiaya görə, Netanyahu Trampın 20 maddəlik "Qəzza sülhü" planının ikinci mərhələsinin bir hissəsi olaraq İsrail qoşunları Qəzzadan çıxmazdan əvvəl "HƏMAS-ın tərksilah edilməsi" kimi yeni şərtlərin tətbiq olunmasını istəyir və ABŞ-dan İrana qarşı yeni hücumlar üçün dəstək axtarır.

Qəzet iddia edir ki, "sülhü siyasi karyerasının mərkəzinə qoyan" Trampla Netanyahu arasında toqquşma gözlənilir.

Chosen
27
45
publika.az

10Sources