EN

Plastik qablardan su içmək sağlamlığa zərərlidir? Yeni araşdırma

Bakı. Trend:

Gündəlik olaraq qablaşdırılmış (plastik butulka) su içəninsanlar kran suyundan istifadə edənlərlə müqayisədə ildə 90 mindənçox əlavə mikroplastik zərrəcik qəbul etmiş olurlar.

Trend xarici KİV-əistinadən xəbər verir ki, belə bir nəticəyə Kanadanın müvafiqaraşdırma aparan Konkordia Universitetinin tədqiqatçılarıgəliblər.

Tədqiqatçıların bildirdiyinə görə, plastik butulkalar istehsal,saxlanma və daşınma prosesləri zamanı, həmçinin günəş işığına vətemperatur dəyişmələrinə məruz qaldıqda parçalanaraqmikroplastiklər buraxır. Alimlər xəbərdarlıq edirlər ki, buhissəciklərin qəbulunun sağlamlıq üçün ağır nəticələri olabilər.

İcmalda həmçinin qeyd olunur ki, insanlar il ərzində ortahesabla ölçüləri millimetrin mində birindən beş millimetrədəkdəyişən 39 000–52 000 mikroplastik zərrəciyi udurlar.

“Journal of Hazardous Materials” jurnalında dərc olunan yeniicmalın aparıcı müəllifi Sara Sacedinin sözlərinə görə, fövqəladəhallarda plastik butulkadan su içmək məqbul olsa da, bunu gündəlikvərdiş halına gətirmək yolverilməzdir.

Məqalədə:
Chosen
21
2
az.trend.az

3Sources