EN

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Hindistanda qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Hindistandakı Səfirliyində 31 dekabr – DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbirkeçirilib.

Bu barədə Trend-ə Səfirlikdən məlumat verilib.

Tədbirdə Səfirliyin əməkdaşları və onların ailə üzvləri,Nyu-Dehlidə yaşayan və paytaxtda səfərdə olan edən həmvətənlərimiziştirak ediblər.

Çıxış edən Azərbaycanın Hindistandakı səfiri Elçin HüseynliÜmummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə onun uzaqgörənsiyasətinin tərkib hissəsi kimi təsis edilmiş bu əlamətdar günündünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çoxazərbaycanlıları birləşdirmək və təşkilatlandırmaq, onlarda millibirlik və həmrəylik ruhunu gücləndirmək məqsədi daşıdığını diqqətəçatdırıb.

Səfir bu bayramın böyük rəmzi məna kəsb etdiyini qeyd edib,yaşadıqları ölkədən asılı olmayaraq bütün soydaşlarımızınAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren və güclü Azərbaycandövlətinin maraqlarının müdafiəsində, onun qədim tarixi ənənələrivə zəngin mədəniyyətinin təbliğində fəal iştirak etməsininvacibliyini vurğulayıb.

Tədbirdə, həmçinin, başa çatmaqda olan 2025-ci ilin AzərbaycandaKonstitusiya və Suverenlik İli kimi qeyd edildiyi bildirilib,ölkəmizin keçdiyi inkişaf yolu və şanlı Zəfər tariximizə aparanəsas hadisələr barədə danışılıb.

Dünya
Dünya
Dünya
Dünya
Chosen
44
50
az.trend.az

10Sources