EN

ABŞ da helikopterlər havada toqquşub

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hadisə Hammonton hava limanı yaxınlığında baş verib

ABŞ-da iki helikopter havada toqquşub və Nyu-Cersi yaxınlığında qəzaya uğrayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə Hammonton hava limanı yaxınlığında baş verib. Toqquşmadan sonra bir helikopter meşəlik əraziyə, digəri isə şəhər ərazisinə düşüb. Hadisə yerində yanğınlar baş verib və qatı qara tüstü əmələ gəlib.

Məlumata görə, bir nəfər həyati təhlükə yaradan xəsarətlər alıb. Digər bir zərərçəkən xəstəxanaya aparılıb. Helikopterdə olan insanların dəqiq sayı müəyyən edilməyib.

Xilasetmə xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerində işləyir. Ərazi mühasirəyə alınıb. Hadisənin səbəbi araşdırılır və ABŞ aviasiya orqanları araşdırmaya rəhbərlik edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
ayna.az

2Sources