EN

Corca Meloni: “İlk addımı Rusiya atmalıdır”

AzVision.az xəbər verir ki, Avropa liderlərinin Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə videokonfransın nəticələrinə əsasən İtaliyanın baş naziri Corca Meloni belə deyib.

ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə Mar-a-Laqo malikanəsində görüşündən sonra baş tutan telefon danışığında tərəflər Ukrayna üçün sülh prosesinin vəziyyətini,ədalətli və davamlı sülhə nail olmaq üçün növbəti addımları müzakirə ediblər.

“Bu zəng bizə Ukrayna üçün sülh prosesindəki vəziyyəti, ədalətli və davamlı sülhə nail olmaq üçün növbəti addımları nəzərdən keçirməyə imkan verdi”, - İtaliya hökumətinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Tramp: “Bir və ya iki çox çətin məsələ qalıb”| VİDEO
Telefon danışığında prezidentlər Tramp və Zelenski davam edən danışıqların nəticələri, xüsusən də təhlükəsizlik təminatları barədə məlumat verərək, bəzi məsələlərin həll olunmamış qaldığını diqqətə çatdırıblar.

İtaliyanın baş naziri Corca Meloni tərəfdaşlar arasında birliyin vacibliyini, Ukraynanın və onun avropalı tərəfdaşlarının həyati maraqlarına aid məsələlərdə maksimum ardıcıllığın qorunmasının vacibliyini vurğulayıb.

- Döyüş əməliyyatlarına son qoymaq üçün real iradə nümayiş etdirərək, məsuliyyət hissi və danışıqlara açıqlıq nümayiş etdirmək məhz Rusiyadan asılıdır”, - siyasətçi deyib.

Daha əvvəl Finlandiya prezidenti Aleksandr Stubb Avropa liderləri ilə videokonfrans iştirakçılarının tərkibini açıqlayıb. Söhbətə Fransa və Polşa prezidentləri Emmanuel Makron və Karol Navrotski, Böyük Britaniyanın baş naziri Kir Starmer, İtaliyanın baş naziri Corca Meloni, Norveçin baş naziri Jonas Qar Störe, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen qatılıblar.

Sahil İsgəndərov
AzVision.az
Chosen
35
azvision.az

1Sources