
Rusiyada Kalininqradın Xrabrovo hava limanında iyirmi yeddi uçuş təxirə salınıb.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, təyinat yerləri arasında Moskva, Sankt-Peterburq, Yekaterinburq və Perm var.
Həmçinin, təxirə salınan uçuşların əksəriyyəti Moskvadan Kalininqrada olan reyslərdir.
Xatırladaq ki, bundan əvvəl Moskvanın iki hava limanında - Vnukovo və Şeremetyevoda 270 -dən çox uçuş təxirə salınmışdı.
İlahə Qənbərli
Missiya.Az