
Dekabrın 29-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.
Yağan qarın hündürlüyü Qax, Şahbuzda 22, Qusarda 16, Qubada 14, Gədəbəydə 12, Şəkidə (Kişçay) 11, Xaltanda 6, Ordubadda 5, Qobustanda 4, Altıağac, Şərurda 3, Culfa, Sədərək, Qusarda 2 sm -dir.
Düşən yağıntının miqdarı Şamaxı, Astarada 6, Oğuzda 5, Cocuq-mərcanlı, Qəbələ, Altıağac, Lənkəran, Lerikdə 4, Culfa, İsmayıllı, Şəki, Şabran, Yardımlıda 3, Zaqatala, Qax, Neftçalada 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Naxçıvan, Balakən, Tərtər, Kürdəmir, Sabirabad, Beyləqan, Biləsuvarda 1 mm-dir.
Daşkəsən, Qəbələ, Şəki, Qobustan, Şamaxı, Qusar, Qrız, Göyçay, Kürdəmir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcə, Naxçıvan MR-da 10, Aran rayonlarında 5, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.