EN

QHT-nin 2026-cı il planları: Regional əməkdaşlıq və ekoloji layihələr prioritet olacaq

2025-ci il Azərbaycanda QHT sektorunun həm daxili, həm də beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, regional təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsi ili kimi yadda qaldı. Belə ki, məhz bu ildə  Qlobal Cənub QHT Platforması yaradılmış, Türkdilli Dövlətlərin Təşkilatına üzv ölkələrin QHT Forumu keçirilmişdir. Eyni zamanda, QHT-lərin maliyyələşməsi və fəaliyyətinə dair qanunvericilikdə edilmiş dəyişiklər QHT sektorunun fəaliyyətinə əhəmiyyətli təsir göstərmişdir.

Bu fikirləri “Davamlı İnkişafa Doğru” İctimai Birliyinin sədri Namiq Heydərov QHT.az-a bildirib. Onun sözlərinə görə, 2025-ci il bizim təşkiklatımız üçün də əlamətdar olmuşdur. Belə ki, bu ildə təşkilatımız Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” mövzusunda layihəni uğurla həyata keçirmişdir. Layihə çərçivəsində İqtisadi rayonların ölkənin iqtisadi həyatına reinteqrasiyası prosesinin sürətləndirilməsi üçün müxtəlif tədqiqat metodlarından istifadə edərək rayonların inkişaf hədəfləri və dirçəldilməsi proseslərinin əsas istiqamətləri tədqiq edilmiş, yeni yaradılacaq iqtisadi infrastruktur və iqtisadi layihələr müəyyənləşdirilmiş, iqtisadi rayonların investisiya mühiti tədqiq edilmiş, investisiya sahələri və investisiya ehtiyacları analiz eidlmiş, 3 sahibkarlıq subyektinin 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə iştirakı təmin edilmişdir. Həmçinin, seçilmiş 3 şirkətə quracaqları biznesə marketinq dəstəyi (loqoların hazırlanması, sosial media hesablarının qurulması) göstərilmişdir:

"Bundan əlavə, “Öz biznesini qur” adlı internet səhifə yaradılmış, müxtəlif mövzularda təlimlər həyata keçirilmişdir. Ən böyük nailiyyət isə layihə mövzusuna uyğun olaraq “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” adlı maarifləndirici kitabın nəşr edilərək sahibkarlara paylanması olmuşdur. Ən yadda qalan hadisələrdən biri də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimai birliklərin inkişafına dəstək məqsədilə Şuşada keçirilmiş “QHT-lərin Vl İnkişaf və Mübadilə Proqramı”nda və Xankəndində təşkil edilmiş “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda iştirakımız olmuşdur. Vaxtilə mənfur düşmənlərin qol açıb yallı getdiyi torpaqlarda alnıaçıq addımlamağımız xüsusi qürur hissi vermişdir".

QHT sədri həmçinin bildirib ki, 2026-cı ildə də təşkilatımız fəaliyyətini daha da genişləndirmək, ekoloji problemlərlə bağlı layihəni həyata keçirmək, regional əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

Chosen
26
50
qht.az

10Sources