
Xalq yazıçısı Nəriman Həsənzadənin son durumu məlum olub.
Bu barədə Missiya.Az-a Mərkəzi Klinik Xəstəxanasından məlumat verilib. Bildirilib ki, xəstə stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır.
Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.
Seyranə QuliyevaMissiya.Az