EN

Ekspert: Növbəti il işğaldan azad olunmuş ərazilərin tikinti bərpa işlərinin sürətlənməsi ilə əlamətdar olacaq

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 dekabr, AZƏRTAC

2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunmasının xüsusi əhəmiyyəti var. Ölkədə gələcəkdə şəhərsalma istiqamətində dayanıqlı inkişaf strategiyasının təkmilləşdirilib inkişaf etdirilməsi üçün çox vacib addım olduğunu hesab edirəm. Bu addımın iqtisadi artımla yanaşı keyfiyyətli şəhərsalma, yaşayış mühitinin yaxşılaşdırılması və ən vacibi dayanıqlı memarlıq strukturunun formalaşmasına mühüm tövsiyəsi olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Rəşad Hüseyn bildirib.

Onun sözlərinə görə, vacib məqamlardan biri də planlı yanaşmadır.

“Planlı yanaşma ilə dövlət prosesləri keyfiyyət, funksionallıq və davamlılıq nöqteyi-nəzərdən idarə etməyə çalışır. Bu üç funksiyanın səmərəli təşkilində yüksək nəticənin əldə edilməsi gələcəkdə bu sektorun ölkənin ÜDM-də aparıcı rola sahib olmasına təkan verəcək. Növbəti il işğaldan azad olunmuş ərazilərin tikinti-bərpa işlərinin sürətlənməsi ilə əlamətdar olacaq. Artıq köhnə sovet şəhərsalması əvəzinə yeni texnologiyalara əsaslanan yaşıl texonologiyaya əsaslanan “ağıllı şəhər” layihələrinin konsepsiyalarının işlənib hazırlanması nəzərdə tutulur. Vacib məsələlərdən biri də bu sahənin inkişaf etdirilməsi üçün ölkəyə investorların cəlb edilməsi, onların gətirdikləri texnologiyanı tətbiq etməkdir. Belə ki, 2026-cı ildə BMT tədbirinin (13-cü Ümumdünya Şəhərsalma Forumu- WUF13) Bakıda keçirilməsi ölkədə tikinti və memarlıq sahəsində o cümlədən azad olunmuş ərazilərdə bərpa işlərinin sürətlənməsi üçün investisiya axının təmin olunmasında xüsusilə əhəmiyyətlidir. Keçiriləcək tədbirdə investisiya yatırılacaq konkret sahələr, o cümlədən investisiya mühiti geniş müzakirə obyekti olacaq. Ümumiyyətlə investor ölkəni strateji tərəfdaş kimi görürsə həmin ölkəyə investisiya yatırmaqdan çəkinmir. Ölkəyə yeni investorların gəlməsi həm tikinti sektorunun inkişafına yeni təkan olacaq, həm də onu izləyən tikinti materialları bazarı, logistika o cümlədən yeni iş yerlərinin inkişafına mühüm təsir göstərəcək”, - deyə ekspert vurğulayıb.

R.Hüseyn qeyd edib ki, digər sahələr kimi bu sahənin daha da inkişaf etdirilməsi gələcəkdə qeyri-neft sektorunun inkişafında vacib rol oynayacaq: “Bir məqamı da qeyd etmək istəyirəm ki, yeni texnologiyaların tətbiqi nəticəsində təcrübə qazanmış yerli kadrlarla gələckdə ixrac istiqamətli memarlıq xidmətləri sürətləndiriləcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
41
azertag.az

10Sources