EN

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Bakıda anbar icarəyə götürüb

“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, 59G ünvanında yerləşən 216 m2 sahəsi olan anbarı icarəyə götürüb.

 

Pravda.az-ın xəbərinə görə, İdarəetmə Xidməti 72 000 AZN-lik icarə haqqını Orxan İbadova ödəyib.

 

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 29 Dekabr 2025, 12:40   
Chosen
46
25
pravda.az

10Sources