EN

Azərbaycanda son 9 ildə ən çox antidopinq qayda pozuntusu aşkarlanmış idman növləri açıqlanıb

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycanda 2017-2025-ci illərdə ən çox antidopinq qayda pozuntusu aşkarlanmış idman növləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri" mövzusunda dəyirmi masada çıxışı zamanı məlumat verib.

O bildirib ki, son 9 il ərzində ən çox antidopinq qayda pozuntusu güləş, boks, ağırlıqqaldırma, taekvondo və cüdo idman növlərində qeydə alınıb.

Chosen
62
1
azertag.az

2Sources