EN

Abdullazadəni istəyən MPL klublarının adları bilindi - Bu məbləğdə maaş istəyir

"Səbail"in bu yay Xorvatiyanın "Varajdin" klubuna satdığı Rüfət Abdullazadənin yeni ildə Misli Premyer Liqasında oynamaq ehtimalının yüksək olduğunu diqqətinizə çatdırmışdıq.

Fanat.Az-ın futbolçuya yaxın mənbədən əldə etdiyi məlumata görə, klubunda oyun praktikasından əziyyət çəkən yarımmüdafiəçinin icarə əsasında formasını geyinə biləcəyi bir neçə Azərbaycan təmsilçisi ilə danışıq aparır.

Bunlar "Kəpəz", "Zirə" və "Sumqayıt"dır. Rüfətin agentinin MPL klublarından yüksək maaş tələb etdiyini də diqqətinizə çatdıraq. Ayda 15 min manat qazanmaq istəyən orta xətt oyunçusu böyük ehtimalla, Gəncə təmsilçisi ilə anlaşa bilməyəcək.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm Xorvatiya çempionatında 9 matça çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkə kubokunda 1 görüşdə forma şansı qazanaraq 1 qol vurub. Abdullazadənin "Varajdin"lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat 

Chosen
7
2
fanat.az

3Sources