EN

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5,2 milyard dolları ötüb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkiyə arasındaticarət əməliyyatlarının həcmi 5,200 milyard ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 424,3 milyon ABŞ dolları və ya 7,5% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 11,66%-i həcmində olub. Bununla dasözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 2-ci pillədəqərarlaşıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 3,076milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 440 milyon ABŞ dolları və ya 12,5% azdır.Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ən çox məhsulixrac etdiyi ölkələr sırasında 2-cü pillədə qərarlaşıb.

Dövr ərzində Türkiyəyə ixrac edilən məhsulların 69 milyon ABŞdollarını bitumlu süxurlardan alınmış xam neft və xam neftməhsulları təşkil edib. Bu dəyərdə sözügedən məhsulun ixracınınhəcmi isə 142,4 min ton təşkil edib. Beləliklə, ötən ilin eynidövrü ilə müqayisədə Azərbaycandan Türkiyəyə ixrac edilmiş bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsullarının dəyəri 132,6milyon ABŞ dolları və ya 2,9 dəfə, həcmi isə 227,2 min ton və yaxud2,6 dəfə azalıb.

Bundan başqa, bu ilin ilk 11 ayında Türkiyəyə ixrac olunanməhsulların 546,1 milyon manatını qeyri-neft məhsulları təşkil edibki, bu da illik müqayisədə 39 milyon dollar və ya 7,7% çoxdur.

Dövr ərzində Türkiyəyə qeyri-neft məhsulları ixracı ümumi ixracanisbətən 16,46% paya malik olub. Bu göstərici ilə TürkiyəAzərbaycanın ən böyük qeyri-neft məhsulları alıcıları sırasında2-ci pillədə qərarlaşıb.

Hesabat dövründə Türkiyədən Azərbaycana isə 2,125 milyard ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cüilin eyni dövrü ilə müqayisədə 15,7 milyon ABŞ dolları və ya 0,7%artım deməkdir. Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ənçox məhsul idxal etdiyi ölkələr sırasında 3-cü pillədəqərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xariciölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar vəya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyarddollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5dəfə azdır.

Chosen
40
14
az.trend.az

10Sources