EN

2026 cı ildə kibergigiyena: Azərbaycandakı istifadəçilər yeni il öncəsi rəqəmsal təhdidlərə necə hazırlaşmalıdır?

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

2026-cı il yaxınlaşdıqca Kaspersky Azərbaycandakı istifadəçiləri rəqəmsal təhlükəsizliyə qarşı xüsusilə həssas olmağa çağırır. Regionda kiberinsidentlərin sayı ilbəil artmaqdadır: təcavüzkarlar fişinq sxemlərini təkmilləşdirir, dərin saxtakarlıq texnologiyalarından fəal şəkildə istifadə edir və getdikcə əsas ünsiyyət və ödəniş vasitəsinə çevrilən mobil cihazları hədəf alırlar.

Bizimyol.info xəbər verir ki, Kaspersky-nin məlumatına görə, 2025-ci ildə Azərbaycanda mobil fişinq, ödəniş xidmətləri vasitəsilə fırıldaqçılıq və sosial şəbəkə səhifələrinə hücumların artması qeydə alınıb. Əsas rəqəmsal gigiyena qaydalarına riayət edilməklə bir çox hadisənin qarşısı alına bilərdi.

"2026-cı ilə tamamilə rəqəmsal risklərin tam yeni səviyyəsi ilə addımlayırıq. Fırıldaqçılar hazırda süni intellektdən, dərin saxtakarlıq (deepfake) audio və videolarından, avtomatlaşdırılmış elektron poçtlardan və konkret bir şəxsə yönəlmiş sosial mühəndislikdən istifadə edirlər. Amma hətta bu şəraitdə belə, əsas kibergigiyena ən vacib müdafiə olaraq qalır. İstifadəçi sadə qaydalara – vaxtında yeniləmələrə, unikal şifrə təyininə, linklərin yoxlanılmasına, telefonda ehtiyatlı olmağa əməl edərsə, tələyə düşmə ehtimalı xeyli azalır", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Kaspersky mütəxəssisləri 2026-cı ildə istifadəçilər üçün əsas kibergigiyena qaydalarını tövsiyə edirlər.

Yeniləmələr – bir gün belə təxirə salmayın. Əməliyyat sistemi, tətbiqlər, bank xidmətləri və antivirus proqramları avtomatik olaraq yenilənməlidir. 2025-ci ildə bir çox hücumlar köhnəlmiş proqram təminatının istifadəsi səbəbindən baş verib.Hər xidmət üçün unikal şifrə. Hərf, rəqəm və xüsusi simvolların kombinasiyasıdan ibarət ən az 12 simvolluq şifrələr. Şifrə menecerindən istifadə təhlükəsizlik idarəetməsini əhəmiyyətli dərəcədə asanlaşdırır.İkifaktorlu identifikasiya (2FA) vacibdir. Xüsusilə “Instagram”, “Facebook”, “WhatsApp”, eləcə də bank və e-poçt xidmətləri üçün. Kod generatoru tətbiqləri SMS-dən daha təhlükəsizdir.NFC, “Apple Pay” və “Google Wallet” istifadə edərkən ehtiyatlı olun. Terminalları yoxlayın, smartfonu tanımadığınız insanlarla verməyin və ehtiyac olmadıqda NFC-ni deaktiv edin.Gözlənilməz mesajlara və zənglərə etibar etməyin. Təcavüzkarlar süni intellektdən istifadə edir, bank işçilərini və ya hətta tanışların səslərini təqlid edirlər. Əsas qayda: kodları paylaşmayın, linklərə klikləməyin və telefonda deyilən təlimatlara əməl etməyin.Link və domenləri yoxlayın. Fişinq saytları getdikcə daha realistik olur. Minimal yoxlamalar: domen, HTTPS, lazımsız simvolların olmaması, ünvanın rəsmi veb saytla müqayisəsi.Sosial şəbəkəni “Instagram”a edilən hücumların sayı 2025-ci ildə əhəmiyyətli dərəcədə artıb. Tövsiyələr: üçüncü tərəf tətbiqlər vasitəsilə girişləri deaktiv edin, “Instagram”/”Google”/”Facebook”da lazımsız icazələri dayandırın, giriş bildirişlərini aktivləşdirin.Tətbiqləri yalnız rəsmi mağazalardan quraşdırın. Faydalı və ya "etibarlı" görünsələr belə, üçüncü tərəf APK-ları quraşdırmaqdan çəkinin.Ən azı ayda bir dəfə ehtiyat nüsxələr çıxarın. Bu, telefon oğurluğundan, cihazın zərərli proqram təminatı ilə yoluxmasından və məlumat itkisindən qorunmağa kömək edir.İnternet təhlükəsizliyi üçün həllərdən istifadə edin. Antivirus, ödənişlərin qorunması, anti-fişinq və sızmaların monitorinqi 2026-cı ildə də vacibliyini qoruyacaq.

Bu tövsiyələrə əməl etmək Azərbaycandakı istifadəçilərə 2026-cı ili daha təhlükəsiz qarşılamağa və rəqəmsal təhdidlərin ehtimalını azaltmağa kömək edəcək. Kaspersky, öz növbəsində, ictimaiyyəti yeni saxtakarlıq sxemləri barədə məlumatlandırmağa və istifadəçilərin cihazlarını, məlumatlarını və rəqəmsal həyatlarını 24/7 qorumaq üçün həllər təqdim etməyə davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
90
50
bizimyol.info

10Sources