Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı-Sumqayıt yolunun 17-ci kilometrliyində (Bakı istiqamətində) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza dekabrın 29-da saat 03:00 radələrində qeydə alınıb: “Belə ki, Əliyev Nurlan Umudvar oğlunun idarə etdiyi 99-FP-276 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb və aşıb. Hadisədən həmən sonra İsmayılov Samir Ənvər oğlunun idarə etdiyi 19-AB-189 dövlət nömrə nişanlı “MAN” markalı yük maşını və 99-UF-652 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil aşmış işıq dirəyinə dəyərək qəzaya düşüb”.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.