EN

Tramp vasitəçi ola bilər: Putin–Zelenski telefon danışığı gündəmdə – ÖZƏL

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında aparılan danışıqlar Ukrayna liderinin Rusiya prezidenti Vladimir Putinlə son beş ildən artıq müddətdə ilk telefon danışığına yol aça bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Fox News məlumatlı mənbəyə istinadla xəbər yayıb.

Mənbənin sözlərinə görə, müharibə aparan iki ölkənin liderləri arasında birbaşa telefon əlaqəsinin qurulması Tramp üçün "diplomatik qələbə" sayılacaq. Bildirilib ki, Putin və Zelenski bir-birini emosional qəbul etdikləri üçün bu proses xüsusilə çətin hesab olunur.

Qeyd edək ki, Rusiya və Ukrayna prezidentləri sonuncu dəfə 2020-ci ilin iyulunda əlaqə saxlayıblar. Zelenski sonrakı illərdə dəfələrlə Putinlə danışmaq istəsə də, Rusiya lideri bundan imtina edib. Mənbənin məlumatına görə, 2024-cü ilin avqust-sentyabr aylarında telefon danışığı üçün imkan yaranıb, lakin Ukraynanın Kursk vilayətinə müdaxiləsindən sonra bu ehtimal aradan qalxıb.

Dekabrın 28-də Zelenski Tramp ilə üçüncü dəfə şəxsən görüşüb. Bundan əvvəl Tramp Putinlə 2 saat 15 dəqiqəlik telefon danışığı aparıb ki, bu da Ukrayna tərəfini narahat edib. Buna baxmayaraq, Tramp Zelenski ilə görüşü "möhtəşəm" adlandırıb və sülh planı üzrə məsələlərin 95 faizində razılıq əldə olunduğunu bildirib. Açıq qalan əsas məsələ isə Donbasdır. Trampın sözlərinə görə, Putin bu regiondan Ukrayna qoşunlarının çıxarılmasını tələb edir.

ABŞ prezidenti həmçinin Rusiyanın Ukraynanın bərpasına kömək edə biləcəyini bildirib və Putinin atəşkəsə ehtiyatlı yanaşmasını "başa düşdüyünü" qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
35
50
olaylar.az

10Sources