Sabirabadda yol qəzası olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.
BMW markalı avtomobil əvvəlcə hasara, daha sonra "VAZ" markalı avtomobilə çırpılıb. Nəticədə sürücü ölüb.
Faktla bağlı araşdırma aparılır.