EN

Qayıq qəzasında turist və üç uşağı HƏLAK OLUB

Ajans.az The New York Post-a istinadən xəbər verir ki, faciənin qurbanı 44 yaşlı ispan, Valencia qadın futbol klubunun məşqçisi Fernando Martin olub. Hadisə 26 dekabrda Labuan Bajo yaxınlığındakı Padar Adası Boğazında baş verib. Həmin gün bölgədə ekstremal hava şəraiti müşahidə olunub. Qayıqda ümumilikdə 11 nəfər olub. Xilasedicilər qəza günü bir neçə qurbanı sudan çıxarıblar. Onların arasında məşqçinin həyat yoldaşı, qızı, dörd heyət üzvü və tur bələdçisi də olub. Qəzada həlak olanların sayı üç uşağı da əhatə edir. İndoneziya rəsmiləri hadisə ilə bağlı araşdırma aparır.

 

Chosen
33
34
Ajans.az

10Sources