EN

Kreml Putin və Zelenski arasında telefon danışığının mümkünlüyünə münasibət bildirib

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp dünən Milad atəşkəsini müzakirə etməyiblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov bildirib ki, Putin və Zelenski arasında mümkün telefon danışığından söhbət getmir.

O, Kremlin Ukrayna sülh planının bəzi məqamları, o cümlədən Donbasda "azad iqtisadi zona" və Zaporojye Atom Elektrik Stansiyasının idarə olunması məsələsi ilə bağlı açıq şəkildə şərh verməyi məqsədəuyğun hesab etmədiyini vurğulayıb.

Chosen
23
50
apa.az

10Sources