EN

BMU-da beynəlxalq elmi konfrans keçiriləcək

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə 23-25 aprel 2026-cı il tarixlərində “İnnovativ sintez və funksional materiallar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. 

"Unikal" xəbər verir ki, konfransın əsas məqsədi müasir kimya, materialşünaslıq və əlaqəli sahələr üzrə aparılan elmi tədqiqatların müzakirəsini təşkil etmək, alimlər və gənc tədqiqatçılar arasında elmi əməkdaşlığı genişləndirməkdir.  

Dünyanın müxtəlif yerlərindən olan nüfuzlu alimləri, gənc tədqiqatçıları və mütəxəssisləri bir araya gətirərəcək konfransda nanotexnologiya, enerji materialları, biomateriallar, polimerlər və hesablama materialları kimi sahələrdə material sintezi, dizaynı və tətbiqi sahəsindəki ən son nailiyyətlər müzakirə olunacaq. 

Konfrans haqqında daha ətraflı məlumat əldə etmək, qeydiyyatdan keçmək və digər mühüm tarixlərlə tanış olmaq aşağıdakı link vasitəsilə mümkündür: 
 

Chosen
26
33
unikal.az

10Sources