"Turan Tovuz" PFK və futbolçu Veysəl Rzayev arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 2022/2023-cü illər mövsümündən komandamızın şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qol vurub.