EN

Rusiya Federasiyasında yaşayan professor Ələddin Allahverdiyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz güclü lider, müdrik siyasətçi və istedadlı dövlət xadimi, Müzəffər Ali Baş Komandan olaraq Qarabağı işğaldan azad etdiniz və ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz. Qarabağdakı Qələbə həm xalqımızın milli iradəsinin, həm də dövlətimizin gücünün parlaq təcəssümüdür. Bu Qələbə dünya miqyasında azərbaycanlılar üçün qürur mənbəyinə çevrildi və ölkənin beynəlxalq mövqeyini daha da möhkəmləndirdi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri Sizin yorulmaz fəaliyyətinizin və strateji uzaqgörənliyinizin nəticəsidir. Ölkənin müasir imicini formalaşdıran bir sıra mühüm sosial-iqtisadi islahatlar həyata keçirməklə Siz böyük nüfuz və xaricdə yaşayan azərbaycanlılar da daxil olmaqla, bütün Azərbaycan xalqının dərin məhəbbətini qazanmısınız.

Siz Azərbaycana rəhbərliyinizin ilk günlərindən etibarən missiyanızı ölkənin hərtərəfli inkişafı, qlobal miqyasda nüfuzunun yüksəldilməsi, sosial-iqtisadi potensialının gücləndirilməsi, hərbi qüdrətinin artırılması və hakimiyyətlə xalq arasında birliyin möhkəmləndirilməsi kimi müəyyən etmisiniz. Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində qlobal miqyasda yüksək nüfuz qazanmış güclü bir dövlət qurmusunuz, dünyanın bir çox ölkələri ilə dostluq və müttəfiqlik münasibətləri yaratmısınız. Biz, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmişə Vətənimizə sadiq qalaraq, Azərbaycan həqiqətlərini təbliğ etmək, dövlətimizin maraqlarını qorumaq və milli birliyi möhkəmləndirmək üçün səylərimizi davam etdiririk. Xaricdə yaşayan həmvətənlərimiz Sizinlə fəxr edirlər.

Sizi, həmçinin qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, sevimli Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

Ələddin Allahverdiyev

Rusiya Federasiyasında yaşayan professor

Chosen
30
xalqqazeti.az

1Sources