EN

"Sülh planında iki əsas məsələ üzrə razılıq əldə olunmayıb" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla keçirilən danışıqlardan sonra 20 maddəlik sülh planında iki əsas məsələnin hələ də razılaşdırılmadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "European Pravda" nəşri məlumat yayıb.

Zelenskinin sözlərinə görə, razılaşdırılmayan məsələlər Zaporojye Atom Elektrik Stansiyasının gələcək fəaliyyəti və ərazi məsələləri ilə bağlıdır.

“İki məsələ açıq qalır. Bunlar Zaporojye Atom Elektrik Stansiyasının necə fəaliyyət göstərəcəyi və ərazilərlə bağlı suallardır. Məhz bu iki məsələ 20 maddəlik sənəddə hələ də razılaşdırılmayıb”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenski qeyd edib ki, sülh planı ümumilikdə 90 faiz hazır vəziyyətdədir. Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri ilə bağlı bəndlər tam hazırdır və hazırda əsas müzakirə mövzusu bu zəmanətlərin müddəti ilə bağlıdır.

Nuriyyə NATİQQIZI

Chosen
62
50
redaktor.az

10Sources