EN

Bir İspaniya klubundan digərinə keçdi

Xavi Qalan İspaniyada klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, “Atletiko” təcrübəli futbolçunu icarəyə göndərib. 31 yaşlı müdafiəçi “Osasuna”ya keçib. İspaniyalı oyunçu 2026-cı ilin yayınadək bu komandanın formasını geyəcək. Razılaşmaya əsasən, “Osasuna” bu keçid üçün “Atletiko”ya 500 min avro ödəyəcək.

Qalan cari mövsümdə “Atletiko”nun heyətində 7 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. O, karyerası ərzində “Real Sosyedad”, “Selta”, “Ueska” və “Kordoba”da da oynayıb.

Chosen
21
1
football-plus.az

2Sources