EN

Tramp Putinin nə etməyə hazır olduğunu dedi - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın Rusiya lideri Vladimir Putinlə danışıqlarının təfərrüatları barədə ona məlumat verdiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Zelenskinin sözlərinə görə, Tramp ona sülh planını Rusiya prezidenti ilə nöqtəbənöqtə müzakirə etdiyini deyib.

"Və mən buna görə ona təşəkkür etdim. Hamımızın eyni məsələ üzərində durması və digər sənədləri deyil, məhz bu sənədi xüsusi olaraq müzakirə etmələri vacibdir. Və o, Putinin nə etməyə hazır olduğunu da bildirdi", - deyə Zelenski açıqlayıb.

Lakin o, təfərrüatlara varmayıb. Ukrayna prezidenti həmçinin Trampı Rusiya liderinin sözlərinin və hərəkətlərinin üst-üstə düşməsinin vacibliyi barədə xəbərdar etdiyini də bildirib.

Qeyd edək ki, Zelenski və Tramp arasında dekabrın 28-də Floridada görüşüb keçirilib. Onların əsas müzakirə mövzusu Ukraynadakı münaqişənin mümkün həll yolları olub.

QAZİLER.AZ

Chosen
44
50
qaziler.az

10Sources