EN

Qərbi Azərbaycan Amasiya rayon İcmasının tədbiri

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu günlərdə Qərbi Azərbaycan Amasiya rayon İcmasında tədbir keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Tənzilə Rüstəmxanlı, İcmanın tanınmış alimləri, jurnalistlər, şairlər, veteranlar və kənd icma sədrləri iştirak ediblər. 

Amasiya rayon İcmasının sədri akademik Abel Məhərrəmov geniş məruzəsində Prezident cənab İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında tarixi və misilsiz xidmətlərindən danışıb. Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Tənzilə Rüstəmxanlı, əməkdar jurnalistlər - Səyyad Ağbabalı, Hümbət Musayev, professorlar - Avtandil Ağbabalı, Aslan Bayramov, veteran jurnalist Əsgər Əsgərov və digərləri çıxış ediblər. Azərbaycan Yazıçılar Birliyinin üzvləri Şəmsi Qoca və İmran Güllübulaqlı öz şeirlərini səsləndiriblər. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
6
xalqqazeti.az

7Sources