EN

"Turan Tovuz"da ayrılıq - RƏSMİ

"Turan Tovuz" futbolçusu Veysəl Rzayevlə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tovuz təmsilçisi ilə Rzayev arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 2022/23 mövsümündən "Turan Tovuz"un formasını geyən yarımmüdafiəçi bu müddət ərzində premyer-liqada 79 oyunda meydana çıxıb və 2 qol vurub.

Klub göstərdiyi xidmətlərə görə Veysəl Rzayevə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Chosen
47
12
football-plus.az

10Sources